Kubada Ukraynadakı münaqişəyə vətəndaşları cəlb etməkdə ittiham olunan 17 nəfər saxlanılıb.
xeberaz.info xəbər verir ki, Kuba hüquq-mühafizə orqanları Rusiya tərəfində öz vətəndaşlarını Ukrayna münaqişəsinə cəlb etməkdə ittiham olunan 17 nəfəri saxlayıb. Bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hazırda 17 nəfər saxlanılıb, onlardan biri də ölkədə yaşayan daha iki nəfərin dəstəyi ilə bu fəaliyyətin təşkilatçısıdır, – agentliyin sözçüsü Sezar Rodriges Kuba dövlət televiziyasında belə bildirib.
Kubanın cinayət məcəlləsində muzdluluğa görə 30 ilə qədər həbs və ya ölüm cəzası nəzərdə tutulur.