İngiltərə müharibə səbəbindən yüksək ərzaq qiymətlərindən əziyyət çəkən ölkələrin zirvə toplantısını hazırlayır.
xeberaz.info xəbər verir ki, Böyük Britaniya Rusiyanın Ukraynaya hücumu və Ukraynanın taxıl ixracının blokadası nəticəsində ərzaq məhsullarının bahalaşmasından ən çox zərər çəkən ölkələrin liderlərinin görüşünü keçirməyi planlaşdırır.
Bloomberg bu barədə baş nazir Rişi Sunaka istinadən bildirib.
“Həssas insanlara və iqtisadiyyata yardım” məqsədi ilə hökumət, qeyri-hökumət təşkilatları və biznes nümayəndələrinin iştirakı ilə noyabrın 20-də Britaniyada sammit keçirilməsi planlaşdırılır. BƏƏ və Somali də həmtəşkilatçılardır.
Baş nazirin ofisi həmçinin təsdiqləyib ki, Böyük Britaniya “Rusiyanı taxıl daşıyan mülki gəmilərə qanunsuz hücumlardan çəkindirmək” məqsədilə Qara dənizdə müşahidə və kəşfiyyat uçuşları həyata keçirir.
Rishi Sunakın sözçüsü G20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrova Rusiyanın başlatdığı müharibənin dünyada böyük problemlər yaratdığını çatdırmaq üçün “hər bir fürsətdən” istifadə edəcəyini söyləyib.
Hindistan lideri ilə görüşdə Rişi Sunakın onu Ukraynaya qarşı müharibə məsələsində Rusiya Federasiyasına təsir göstərməyə çağıracağı bildirilir.