Ən son xəbərlər:

08.09.2023/11:10/ İrəvanda Ermənistan-Rusiya media forumu keçirilir

İrəvanda Ermənistan-Rusiya media forumu keçirilir.

xeberaz.info xəbər verir ki,  Sentyabrın 8-də İrəvanda Ermənistan-Rusiya media forumu keçirilir. Burada Ermənistan və Rusiyadan media nümayəndələri, hər iki ölkənin tanınmış politoloqları və ekspertləri iştirak edirlər.

Tədbir ölkələr arasında gərgin münasibətlər şəraitində baş verir. Dünən Ermənistanda rusiyapərəst bloger Mika Badalyan və Sputnik Ermənistan radiosunun köşə yazarı Aşot Gevorqyanın saxlanılması gərginliyi daha da artırıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mediaforum iştirakçılarına müraciət edərək, iki qardaş xalqın ümumi gələcəyinin bütün bunlara tab gətirəcəyinə əminliyini ifadə edərək, onları təxribatlara uymamağa çağırıb.