Avropa Ukraynaya ABŞ-dan iki dəfə çox yardım verəcək.
xeberaz.info xəbər verir ki, Aİ ölkələri Kiyevə Vaşinqtondan iki dəfə çox pul ayıracağına söz verib. Bu barədə məlumat Kiel Dünya İqtisadiyyatı İnstitutunun (IfW Kiel) saytında yer alıb.
Məlumatda bildirilir ki, Avropa Ukraynaya yardım vədində ABŞ-ı açıq-aşkar geridə qoyub, Avropanın ümumi öhdəlikləri indi iki dəfə çoxdur.
Bunun əsas səbəbi Aİ-nin 2023-2027-ci illəri əhatə edən 50 milyard avroluq yeni Ukrayna Fondudur. Bundan əlavə, digər Avropa ölkələri yeni çoxillik paketlərlə dəstəyini artırıb.
Ukraynaya çoxillik yardımı dörd illik hərbi dəstək paketi üzərində razılaşan Almaniya və beş il ərzində Ukraynaya 6,6 milyard avro göndərəcək “Nansen Proqramı”nı açan Norveç dəstəkləyir.