Nyu-York meri miqrant axınının şəhəri məhv edə biləcəyindən ehtiyat edir.
xeberaz.info xəbər verir ki, Nyu-York meri Erik Adams qeyri-qanuni mühacirlərin güclü axınının şəhəri məhv edə biləcəyini, miqrasiya böhranını həll etmək üçün dövlətdən daha çox səy lazım olduğunu bildirib.
Bu problem Nyu-Yorku məhv edəcək. Şəhərə hər ay 10 min miqrant gəlir. Dünyanın hər yerindən insanlar toplaşaraq ABŞ-ın cənub sərhədini keçib Nyu-Yorka gəlmək qərarına gəliblər, – The Hill Adamsın sözlərindən sitat gətirir.
O, qeyri-qanuni mühacir axınının qarşısını almaq səylərinə daha çox dəstək üçün Amerika hakimiyyətinə müraciət edib və vəziyyəti dəyişdirmək üçün siyasətdə real dəyişiklik lazım olduğunu bildırib.