Gürcüstan assosiasiya üzvlüyünə namizəd statusunu qazanmalıdır.
xeberaz.info xəbər verir ki, Avropa Birliyinin qapıları Gürcüstanın üzünə açıqdır, lakin ölkə assosiasiyaya üzvlüyünə namizəd statusunu qazanmalıdır. Bunu Tbilisidə keçirdiyi brifinqdə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel deyib.
Mən bu mühüm məqamın aydın olmasını istəyirəm – Aİ Gürcüstanı Avropa İttifaqına üzvlük yolunda dəstəkləməyə sadiqdir. Qapı açıqdır və bu yolda sizə dəstək olmaq istəyirik. Amma onu da demək istəyirəm ki, Aİ-yə müraciət etmək ciddi öhdəlikdir, namizəd statusu bəzi ölkələrə verilən bir şey deyil, bunu ciddi islahatlar və Aİ dəyərlərinə uyğunlaşma yolu ilə qazanmaq lazımdır. Açığını deyim ki, Gürcüstanda hələ görüləsi işlər var, – Borrell belə bildirib.