Borrell Aİ-yə üzv olan və üzv olmaq istəyənlərdən Avropanın xarici siyasət qərarlarına əməl etmələrini gözləyir.
xeberaz.info xəbər verir ki, Avropa İttifaqı Gürcüstan hökumətinin Rusiya Federasiyası ilə birbaşa uçuşların bərpasına icazə verməsindən təəssüflənir. Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel Tbilisiyə səfəri ərəfəsində Gürcüstanın sivil.ge xəbər agentliyinə müsahibəsində belə bildirib.
Biz Gürcüstan hökumətinin Rusiya ilə uçuşların bərpasına və sanksiyaya məruz qalan şəxslərin Gürcüstan ərazisinə daxil olmasına icazə vermək qərarından çox təəssüflənirik, – Borrell belə bildirib.
Borrell hesab edir ki, belə qərarlar Aİ-nin siyasətinə və Ukrayna münaqişəsinə görə Rusiyanı beynəlxalq səviyyədə təcrid etmək səylərinə ziddir. O, əlavə edib ki, Aİ tərəfdaş ölkələrdən, eləcə də Avropa İttifaqına üzv olmaq istəyənlərdən Avropanın xarici siyasət qərarlarına əməl etmələrini gözləyir.