Fransa Nigerdən qoşunlarını çıxarmaq fikrində deyil.
xeberaz.info xəbər verir ki, Fransa devrilmiş prezident Məhəmməd Bazumun taleyi məlum olmayana qədər qoşunlarını Nigerdən çıxarmaq qərarına gəlməyəcək. Bu barədə “Al Arabiya” telekanalı Nigerin yeni siyasi isteblişmentindəki mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Bazumun taleyi hələ də müəyyənləşməyib. Paris və Niamey davamlı olaraq danışıqlar aparır, gündəm fransız artilleriyasının və aviasiyasının Afrika dövlətinin ərazisindən çıxarılmasıdır. Bundan əlavə, tərəflər Afrika Sahelinin Barxan zonasında fəaliyyət göstərən fransız bölmələrinin çıxarılmasını müzakirə edirlər.
Sentyabrın 6-da telekanal xəbər verib ki, Nigerdə hakimiyyəti ələ keçirən hərbçilər Fransadan öz hərbi qulluqçularının ölkə ərazisindən çıxarılması üçün qrafik müəyyən etməyi tələb ediblər.