Ən son xəbərlər:

06.09.2023/12:55/ Ukraynanın Aİ-yə qəbul olunması üçün iki il vaxt lazımdır

Ukraynanın  Aİ-yə qəbul olunması üçün iki il vaxt lazımdır.

xeberaz.info xəbər verir ki, Baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina hesab edir ki, Ukrayna hətta Rusiya ilə müharibə şəraitində belə Aİ-yə daxil olmaq üçün lazımi addımları atmağa qadirdir.

“Evopeyskaya  pravda” xəbər verir ki, Stefanişina  bu barədə Amerikanın Səsinə müsahibəsində bildirib.

Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin Aİ-ni 2030-cu ilə qədər genişlənməyə hazırlamaq zərurəti ilə bağlı sözlərini şərh edən baş nazirin müavini qeyd edib ki, bu, Ukraynanın üzv olmaq imkanı üçün 7 il gözləməli olması demək deyil.

Stefanişina əmindir ki, Ukrayna səmərəli danışıqlar apara, Avropa standartlarının tətbiqi ilə bağlı bütün öhdəlikləri yerinə yetirəcək, həmçinin Ukrayna iqtisadiyyatının bərpası üçün şərait yarada biləcək və bu, Ukraynaya Avropa İttifaqının rəqabətqabiliyyətli üzvü olmağa imkan verəcək.

Baş nazirin müavininin sözlərinə görə, NATO-ya daxil olmaq Ukrayna üçün daha yaxın ola bilər.

“Düşünürəm ki, biz NATO-ya daha tez qoşula biləcəyik, çünki biz qələbə, müharibənin bitməsini gözləyirik və dünyanın  ən güclü və ən məşhur ordularından biri mütləq Avropanın təhlükəsizliyinin ən böyük təminatçısı olacaqdır, –Stefanişina belə vurğulayıb.

Ukraynanın Alyansa üzvlüyü məsələsi bu ilin iyulunda NATO-nun Vilnüs sammitinin mövzularından birinə çevrilib. Daha sonra Alyansın liderləri Ukraynanın Alyansa gedən yolu ilə bağlı Üzvlük Fəaliyyət Planı tələbini geri götürməyə razılaşıblar. Eyni zamanda, müttəfiqlər  şərtlər yerinə yetirildikdə Ukraynanı NATO-ya üzv olmağa dəvət edəcəklərinə işarə ediblər.