Hindistanda keçiriləcək G20- lərin sammitində Putin və Si Cinpin iştirak etməyəcək.
xeberaz.info xəbər verir ki, Hindistanda keçirilən G20 sammitində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin iştirak etməməsi bu siyasətçilərin şəxsi qərarıdır və ölkə ilə heç bir əlaqəsi yoxdur. Bunu Hindistanın xarici işlər naziri Subramanyam Caişankar deyib.
Diplomat vurğulayıb ki, G20-də hər zaman bir neçə prezident və baş nazir olub ki, onlar müxtəlif səbəblərdən sammitdə iştirak etməmək qərarına gəliblər.
Xatırladaq ki, G20 sammiti sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək. Sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, Çini isə baş nazir Li Qiang təmsil edəcək.