ABŞ Ermənistanda hərbi təlimlər keçirəcək.
xeberaz.info xəbər verir ki, Ermənistanda erməni-amerikan hərbi təlimləri keçiriləcək, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində sentyabrın 11-dən 20-dək Ermənistanda “Zar” təlim mərkəzinin bazasında “Partner Eagle-2023” (Eagle Partner 2023) birgə erməni-amerikan hərbi təlimləri keçiriləcək. Ermənistan Müdafiə Nazirliyi belə bildirir.
Tərəflər sülhməramlı tapşırıqların icrası zamanı münaqişə tərəflərini barışdırmaq üçün əməliyyatlar həyata keçirəcəklər.
Təlimlərin məqsədi beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki hazırlıq üzrə təcrübə mübadiləsi, NATO-nun “Əməliyyat İmkanı Konsepsiyası”nın planlı qiymətləndirilməsinə Ermənistan bölməsinin hazırlığını artırmaqdır.
Beynəlxalq sülhməramlı əməliyyatlara hazırlaşan bölmələr mütəmadi olaraq tərəfdaş ölkələrdə keçirilən birgə hərbi təlimlərdə iştirak edirlər.