ABŞ dövlət katibi Blinken Kiyevə rəsmi səfərə gəlib.
xeberaz.info xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Kiyevə rəsmi səfərə gəlib. Bu barədə Ukraynanın UNIAN agentliyi Telegram-da məlumat yayıb.
Ukraynanın “Strana.ua” nəşrinin məlumatına görə, hazırda Kiyevin mərkəzində hərəkət bloklanıb.
Bundan əvvəl Ukraynanın ZN.UA nəşri diplomatik mənbələrə istinadən ABŞ dövlət katibinin sentyabrın 6-da Kiyevə işgüzar səfərlə gələcəyini yazıb.
Kiyevə mütəmadi olaraq Qərb ölkələrindən siyasətçilər gəlir. Avqustun 23-də Litva Prezidenti Gitanas Nauseda ölkənin Müstəqillik Gününü qeyd etmək üçün Ukraynanın paytaxtına gəlib.
Bir gün əvvəl Macarıstan Prezidenti Katalin Novak da Ukraynaya gəlib.
Bundan əvvəl Dövlət Departamenti Blinkenin Kiyevə mümkün səfərindən danışıb.