Ən son xəbərlər:

06.09.2023/09:22/ Mali hökuməti litium filizi ixracına qadağa qoydu

Mali hökuməti litium filizi ixracına qadağa qoydu

xeberaz.info xəbər verir ki, Mali hakimiyyəti litiumun xam formada ixracını qadağan edib. Mali Actu portalının məlumatına görə, 2024-cü ildən Qərbi Afrika ölkəsi litium konsentratının xaricə çatdırılmasına dayandırmağı planlaşdırır.

Qadağa Mali hökumətinə məxsus Goulamina şirkətinə, həmçinin Avstraliyanın Leo Lithium və Çinin Ganfeng Lithium şirkətlərinə təsir edib. Konsentratın vahid maya dəyəri emal olunmamış filizdən xeyli yüksək olduğu üçün bu qərar mədənin istismarından əldə edilən gəliri artırmaq məqsədilə qəbul edilib.

Afrikanın ən böyük yataqlarından biri olan Qulamina Malinin cənub-qərbindəki Kayes bölgəsində litium yatağının işlənməsi ilə məşğuldur.