Ən son xəbərlər:

06.09.2023/09:12/ Rotterdamda gecə saatlarında partlayış baş verib

Rotterdamda gecə saatlarında partlayış baş verib.

xeberaz.info xəbər verir ki,  Rotterdamda yaşayış binalarında gecə saatlarında iki partlayış baş verib. Hollandiya polisi bildirib ki, binalara ciddi ziyan dəyib, lakin insidentlər nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışın yerli vaxtla saat 01:00 radələrində  baş verdiyi evlərdən birində hadisədə əli olması ehtimalı ilə bağlı Mərakeşdə axtarışda olan 29 yaşlı gənc yaşayır. Avqust ayında da həmin evdə partlayış olub.

İkinci partlayış yerli vaxtla saat 04:00 radələrində şəhərin başqa bir ərazisində baş verib. Partlayış evin bir neçə şüşəsini sındırıb. Rotterdam polisi hər iki hadisəni araşdırır və şahidlərin ifadə vermələrini xahiş edir.