Ukraynanın Ali Radası müdafiə naziri Reznikovu vəzifəsindən azad etdi.
xeberaz.info xəbər verir ki, Ali Rada Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikovun istefasına səs verib. Bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.
Parlament Aleksey Reznikovun Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilməsini dəstəkləyib. Jeleznyak Telegram kanalında bu barədə bildirib və səsvermənin nəticələrini dərc edib.
Bu qərarın lehinə 327, əleyhinə 4 deputat səs verib.