Rusiya ilə müharibədə Ukrayna silahlı qüvvələri üçtərəfli yanaşmadan istifadə edir.
xeberaz.info xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” nəşri Ukrayna ordusunun əks-hücum əməliyyatı haqqında dərc etdiyi məqalədə hərbi ekspertlər Ukrayna Silahlı Qüvvələri komandanlığının səhvlərini təhlil edir və onların hərəkətlərini izah edir.
FT-nin müəllifləri qeyd edirlər ki, Ukrayna ordusu əsas diqqəti ərazilərin minalardan təmizləməyə, logistika və komanda məntəqələrini atəşə tutmağa yönəldib. Bundan əlavə, Rusiya ordusunun dərin arxa cəbhələrində və Rusiya Federasiyasının şəhərlərində mütəmadi olaraq pilotsuz təyyarələrdən zərbələr endirilir.
Nəşr qeyd edir ki, bu üçtərəfli yanaşmanın çatışmazlıqları var. Məsələn, piyadalar minatəmizləmə işlərini gecə vaxtı aparmalı olur, qəlpələrin və metal parçaların çox olması səbəbindən metal detektorlardan tam istifadə etmək mümkün olmur.
Rusiya aviasiyası və hava hücumundan müdafiəsi səmada üstünlük təşkil etdiyi üçün mühüm hədəflərə hücumlar Ukrayna Silahlı Qüvvələrindən çox vaxt tələb edir. Rusiya regionlarına, o cümlədən paytaxta pilotsuz təyyarələrin hücumlarına gəlincə, Kiyev bununla da döyüşən tərəflər arasında simmetriya hissi yaratmağa çalışır.