Ən son xəbərlər:

04.09.2023/14:58/ Moskva və Ankara arasında əməkdaşlığın davam etdirilməsi ilə bağlı maraqlı variantlar var

Moskva və Ankara arasında əməkdaşlığın davam etdirilməsi ilə bağlı maraqlı variantlar var.

xeberaz.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqları zamanı Türkiyədə Akkuyu atom elektrik stansiyasının ilk blokunun 2024-cü ildə işə salınması planlarını açıqlayıb.

Gələn il – hər şey plan üzrə gedir – biz birinci bloku işə salacağıq, – Putin belə bildirib.

Rusiya Federasiyasının prezidenti qeyd edib ki, Rusiya nüvə yanacağının birinci partiyasının çatdırılmasından sonra Türkiyə nüvə dövlətləri klubuna üzv olub və atom elektrik stansiyalarının tikintisi davam edir.

Xatırladaq ki, aprelin sonunda Rusiya və Türkiyə Akkuyu AES-ə yanacağın çatdırılması mərasimini keçirib. Prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan videobağlantı vasitəsilə tədbirdə iştirak ediblər.

Akkuyu AES Türkiyənin ilk atom elektrik stansiyasıdır. Rusiyanın qabaqcıl VVER-1200 reaktorları ilə təchiz edilmiş AES-in dörd blokunun hamısı istifadəyə verildikdə, stansiya bütün Türkiyənin tələbatının 10%-ni ödəyəcək elektrik enerjisi istehsal edəcək. “Akkuyu” AES-in birinci enerji blokunun tikintisi 2018-ci ilin aprelində, ikincisi 2020-ci ilin aprelində, üçüncüsü 2021-ci ilin martında, dördüncüsü isə 2022-ci ilin iyulunda başlayıb.