Ən son xəbərlər:

04.09.2023/09:59/ Co Bayden Özbəkistanda islahatları dəstəklədiyini bildirib

Co Bayden Özbəkistanda islahatları dəstəklədiyini bildirib.

xeberaz.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden Özbəkistan prezidenti Şavkat Mirziyoyevə məktub göndərib. Forbes-in məlumatına görə, Amerika prezidenti avqustun 11-də göndərdiyi məktubda Özbəkistanın rəhbərini Mərkəzi Asiya ölkələri və ABŞ liderlərinin Nyu-Yorkda keçiriləcək sammitinə (CA5+1) dəvət edib.

Ümid edirəm ki, siz, mən və digər liderlər sentyabrın 19-da və ya 20-də keçiriləcək C5+1 rəsmi görüşündə ümumi məqsədlərimizə nail olmaq üçün birgə işi davam etdirməyi müzakirə edəcəyik”, – məktubda belə deyilir.

Məktubda Co Bayden ABŞ və Özbəkistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə görə Şavkat Mirziyoyevə təşəkkür edib, həmçinin son bir ildə ölkələr arasında əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini qeyd edib.

2018-ci ilin mayında Şavkat Mirziyoyev dövlət başçısı kimi ilk dəfə ABŞ-a səfər edib və o vaxtkı prezident Donald Trampla danışıqlar aparıb.