Ən son xəbərlər:

04.09.2023/07:46/ ABŞ Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə köçürülməsinə nail olmağa çalışır

ABŞ Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə köçürülməsinə nail olmağa çalışır.

xeberaz.info xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi beynəlxalq sanksiyalara məruz qalan Rusiyanın dəyəri 1 milyard dollardan çox olan aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadəsinə nail olmağa çalışır .

Bu barədə Rusiya KİV-ləri ABŞ baş prokurorunun müavini Liza Monakoya istinadən məlumat yayıb.

Biz Konqresdən alınan vəsaiti Ukrayna xalqının xeyrinə istifadə etmək üçün icazə istəyirik, – o, belə deyib.

Bundan əvvəl BMT taxıl müqaviləsi üçün Rusiya şirkətlərinin aktivlərinin dondurulmasını təklif etmişdi.

Avqust ayında Ağ Ev Rusiyanın aktivlərinin Ukraynaya dəymiş ziyanın ödənilməsinə qədər dondurulacağını açıqlamışdı.