Rusiya Cənubi Qafqazdan uzaqlaşır.
xeberaz.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdığını bəyan edib.
Ermənistanın İctimai Televiziyası tərəfindən yayımlanan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Paşinyan Rusiyanın regionu tərk etdiyini bildirib.
“Biz görürük ki, Rusiyanın özü atdığı və ya atmadığı addımlara görə regionu tərk edir”- Paşinyan belə deyib.
Onun sözlərinə görə, “Rusiya sülhməramlılarının nəzarətində olmalı olan Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində deyil”. “İki səbəb ola bilər: ya Rusiya Federasiyası Laçın dəhlizinə nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir”, – Paşinyan belə qeyd edib.