Ən son xəbərlər:

04.09.2023/06:49/ Rusiya üçün taxıl sövdələşməsinə qoyulan məhdudiyyətlərin bir hissəsi götürülə bilər

Rusiya üçün taxıl sövdələşməsinə qoyulan məhdudiyyətlərin bir hissəsi götürülə bilər.

xeberaz.info xəbər verir ki, Türkiyənin “Anadolu” dövlət agentliyi iddia edir ki, BMT-nin taxıl sazişinin bərpası ilə bağlı yeni təkliflərində Rusiya Federasiyasına qoyulan bəzi məhdudiyyətlərin aradan qaldırılması variantları var.

Bu təkliflərin dünya təşkilatının Türkiyə ilə birgə hazırladığı yeni paketdə yer aldığı iddia edilir. Onların əsas elementləri Rusiya Kənd Təsərrüfatı Bankının Avropa törəmə qurumunun SWIFT sisteminə daxil edilməsi, Rusiya gübrə şirkətlərinin Avropada dondurulmuş aktivlərinin blokdan çıxarılmasıdır.

Agentlik qeyd edir ki, Türkiyə və Rusiya prezidentləri Tayyib Ərdoğan və Vladimir Putin arasında sentyabrın 4-də Soçidə planlaşdırılan danışıqlarda taxıl sazişinin canlandırılması məsələləri müzakirə olunacaq.