Ukraynada xarici silahların istehsalına başlanılacaq.
xeberaz.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkədə L119 və M777 haubitsalarının və CV90 zirehli maşınların istehsal ediləcəyini bildirib.
Qeyd olunur ki, Ukraynada Böyük Britaniyanın BAE Systems şirkətinin nümayəndəliyi açılacaq. O bildirib ki, öz silahlarının inkişafı ən böyük prioritetdir.
Xüsusən də L119 və M777 artilleriya sistemləri, güclü CV90 zirehli texnika. Bu, Ukraynada işə başlayan BAE Systems-in silahlanmasıdır, – Zelenski Telegram-da belə yazıb.
Əvvəllər məlum olub ki, Ukrayna hakimiyyəti ildə 200 minə yaxın döyüş təyyarəsi istehsal edib almağı gözləyir.