Ən son xəbərlər:

01.09.2023/06:36/ Hindistanda keçiriləcək G20 sammitində Çin prezidenti iştirak etməyəcək

Hindistanda keçiriləcək G20 sammitində Çin prezidenti iştirak etməyəcək.

xeberaz.info xəbər verir ki, Çin prezidenti Xi Jinping, çox güman ki, gələn həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyəcək. Bu barədə “Reuters” məlumat yayıb.

Hindistan və Çindəki rəsmi mənbələrə görə, 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək tədbirdə Çinin Baş naziri Li Qianqın ölkəni təmsil edəcəyi gözlənilir.

Çin liderinin sammitdə iştirak etməməsinin səbəbləri barədə məlumat verilmir.