Nigerdəki üsyançılara doqquz aylıq keçid mərhələsi təklif edidi.
xeberaz.info xəbər verir ki, Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) sədri, Nigeriya prezidenti Bola Tinubu Nigerdəki üsyançılara 9 aylıq keçid dövrü təklif edib. Bu barədə Agence France-Presse məlumat yayıb.
Təklifin təfərrüatları açıqlanmayıb. Eyni zamanda o vurğulayıb ki, ECOWAS-ın Nigerə qarşı sanksiyaları ölkədə hakimiyyəti ələ keçirmiş hərbçilərdən “müsbət korrektələr” olmadan yumşaldılmayacaq.