Ukraynada yaxın zamanda sülhün mümkünlüyü görünmür.
xeberaz.info xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, indi Ukraynada münaqişənin sonu heç üfüqdə də görünmür.
Ümidlər heç zaman ölmür. Ancaq təbii ki, Ukraynada sülhün mümkünlüyünü yaxın üfüqdə görürük desəm, yalan danışmış olaram. Hələ buna gəlmədiyimizi düşünmürəm. Ona görə də bu münaqişənin dünyaya çox güclü mənfi təsirini azaltmaq üçün tədbirlər görmək çox vacibdir,- Quterreş belə deyib.