AB sıralarını genişləndirməyə hazır olmalıdır.
xeberaz.info xəbər verir ki, Avropa İttifaqı 10 yeni dövlətin daxil olmasına səbəb olacaq yeni genişlənməyə hazır olmalı və bu hazırlıqları gücləndirərək onların qəbulu üçün vaxt çərçivəsini razılaşdırmalıdır. Bu barədə Aİ xarici işlər nazirlərinin Toledoda keçirilən qeyri-rəsmi görüşündən sonra Aİ-nin xarici işlər xidmətinin rəhbəri Xosep Borrel belə bildirib.
Ukraynadakı münaqişə Aİ-nin genişlənməsi prosesini sürətləndirdi. Bu, ləyaqətə əsaslanan bir prosesdir, lakin eyni zamanda, prosesə təkan vermək üçün siyasi məqsədləri müəyyən etmək yaxşı olardı.
Biz 10 yeni Aİ üzvünü qarşılamağa hazır olmalıyıq. Bu şərtlər daxilində qəbul üçün vaxt çərçivəsinin müəyyən edilməsi Aİ ölkələrinin və namizəd ölkələrin səylərini cəmləşdirməyə imkan verəcək, – Borrell belə deyib.