Rusiya gələn həftə xarici bazarlara neft ixracını ixtisar edəcək.
xeberaz.info xəbər verir ki, Rusiya OPEC+ ölkələri ilə neftinin xarici bazarlara ixracının azaldılması üçün yeni parametrlər barədə razılığa gəlib. Bunu Rusiya prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
Bəli, razılaşdım. Amma biz gələn həftə əsas parametrləri açıqlayacağıq, – o, Putinin OPEC tərəfdaşları ilə Rusiya neftinin xarici bazarlara ixracının azaldılması ilə bağlı razılaşmağın mümkün olub-olmaması sualını cavablandırarkən belə deyib.