Ən son xəbərlər:

01.09.2023/05:28/ Gürcüstanın hakim partiyası prezidenti konstitusiyanı pozmaqda ittiham edib

Gürcüstanın hakim partiyası prezidenti konstitusiyanı pozmaqda ittiham edib.

xeberaz.info xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili hökumətin razılığı olmadan Almaniyaya səfər edərək respublika konstitusiyasını pozub. Bunu Gürcüstanın “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.

Aydındır ki, Gürcüstan prezidenti konstitusiyanı çox kobud şəkildə pozur. O, bu konstitusiyaya and içib, lakin onu kobud şəkildə pozur. Bu, çox ciddi bir fenomendir, buna cavab vermək lazımdır. Bu cavabsız qalmayacaq, – Kobaxidze Zurabişvilinin Almaniyaya səfərini şərh edərkən belə deyib.

Kobaxidze əlavə edib ki, prezidentin belə bir addımı onun impiçmenti üçün əsasdır, lakin o, əmindir ki, bu baş verməyəcək, çünki parlamentdəki müxalifət Zurabişvilinin istefasının əleyhinə səs verəcək.