Ən son xəbərlər:

01.09.2023/05:10/ Fransanın Nigerdəki diplomatik missiyası rəhbərinin ölkədən çıxarılması barədə lazımi tədbirlər görüləcək

Fransanın Nigerdəki diplomatik missiyası rəhbərinin ölkədən çıxarılması barədə lazımi tədbirlər görüləcək.

xeberaz.info xəbər verir ki, Fransanın Nigerdəki səfiri artıq diplomatik toxunulmazlığa malik deyil. Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Telekanalın yaydığı məlumata görə, polisə Fransa diplomatik missiyasının rəhbərinin ölkədən çıxarılması üçün lazımi tədbirlərin görülməsi tapşırılıb. Telekanal qovulmanın vaxtı ilə bağlı məlumat verməyib.