Ən son xəbərlər:

30.08.2023/18:03/Amerikalılarıa təcili surətdə Belarus ərazisini tərk etmək tövsiyə olunur

Amerikalılarıa təcili surətdə Belarus ərazisini tərk etmək tövsiyə olunur.

xeberaz.info xəbər verir ki, ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını Belarus ərazisini dərhal tərk etməyə çağırıb. Bu barədə ABŞ-ın Minskdəki səfirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Litva və Latviya ilə qalan sərhəd məntəqələri vasitəsilə və ya təyyarə ilə çıxmaq imkanını nəzərdən keçirin, – Dövlət Departamenti belə bildirib.

Diplomatlar onu da xatırladıblar ki, amerikalılar Belarus vasitəsilə Polşaya daxil olmamalıdır. ABŞ Dövlət Departamentinin mesajı Litvanın Belarusla sərhəddəki keçid məntəqələrinin bağlanması fonunda ortaya çıxıb.