Ən son xəbərlər:

30.08.2023/10:27/ ABŞ nüvə silahlarını Böyük Britaniyada yerləşdirmək istəyir

ABŞ nüvə silahlarını Böyük Britaniyada yerləşdirmək istəyir.

xeberaz.info xəbər verir ki, ABŞt nüvə silahlarını Böyük Britaniyaya köçürmək niyyətindədir, buna getdikcə daha çox sübut var. Amerika Alimlər Federasiyası ABŞ Hərbi Hava Qüvvələrinin 2024-cü il maliyyə büdcəsi layihəsinə istinadən bu barədə bildirib.

Mütəxəssislərin fikrincə, Londondan təxminən 100 kilometr aralıda yerləşən Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin Lakenheath bazasında onlar “təhlükəsiz anbar otağı” yaratmaq istəyirlər. Bundan əlavə, silah anbarının yanında Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin F-35 pilotları üçün kazarma tikiləcək.

Xatırladaq ki, ABŞ-ın nüvə silahları Britaniyada 1952-ci ildən yerləşib. 2008-ci ildə silahlar oradan çıxarılıb. Bunun səbəbi, ilk növbədə, B61 bombalarının köhnəlməsi olub. İkincisi, bu, nüvə gücləri üçün tərksilah proqramının bir hissəsi kimi həyata keçirilib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti 2023-cü il martın 1-də Vaşinqtonun 1419 nüvə başlığına malik olduğunu bildirmişdi. Hazırda ABŞ-da operativ şəkildə yerləşdirilmiş 662 nüvə başlığı daşıyıcısı var. Bunlar qitələrarası ballistik raketlər, ağır bombardmançı təyyarələr və sualtı qayıqlardan buraxılan ballistik raketlərdir.