PUA-nın Pskov hava limanına hücumu nəticəsində iki təyyarə yanıb.
xeberaz.info xəbər verir ki, Pskov hava limanına pilotsuz təyyarənin hücumu nəticəsində iki İl-76 hərbi-nəqliyyat təyyarəsi yanıb. Müvafiq məlumat Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin saytında yer alıb.
Yanğın barədə məlumat çərşənbə axşamı, avqustun 29-u, saat 23:28-də radələrində daxil olub. İdarədən dəqiqləşdiriblər ki, yanğının söndürülməsində 65 nəfər və iyirmi bir texnika iştirak edib.
Daha əvvəl 4 İl-76 təyyarəsinin zədələndiyi bildirilirdi. Hadisə şahidlərinin sözlərinə görə, 20-yə yaxın pilotsuz təyyarə Pskov hava limanına hücum edib. Pilotsuz təyyarələrdən biri hava limanındakı yanacaqdoldurma kompleksinə düşüb və böyük yanğın başlayıb.