Ən son xəbərlər:

30.08.2023/07:40/ Rusiya ərazisinin bir hissəsi Çinin xəritəsində ölkəsinin ən şərq hissəsi kimi qeyd edilib

Rusiya ərazisinin bir hissəsi Çinin xəritəsində ölkəsinin ən şərq hissəsi kimi qeyd edilib.

xeberaz.info xəbər verir ki, Çinin Dövlət Xəritəçəkmə Xidməti 2023-cü il üçün Bolşoy Ussuriyski adasını ölkənin ən şərq hissəsi kimi qeyd edən yeni xəritələr toplusunu dərc edib. 2008-ci il müqaviləsinə əsasən, ada Rusiya və Çin arasında bölünüb.

Böyük Ussuriyski adasının şərq hissəsi təxminən 400 nəfər əhalisi olan Ussuriyski kəndinin yerləşdiyi Xabarovsk şəhərinin hüdudlarına daxildir.

Xəritə xidmətinin izahatında göstərilir ki, xəritə “Çin və dünyanın digər ölkələrinin sərhədlərinin dizaynı üzrə milli standartlar”a uyğun tərtib edilib. Xəritələr dəsti xəbərlərdə, kitablarda və reklam materiallarında istifadə üçün nəzərdə tutulub.