Ən son xəbərlər:

30.08.2023/07:07/ ABŞ Kiyev üçün 250 milyon dollarlıq əlavə vəsait ayırır

ABŞ Kiyev üçün 250 milyon dollarlıq əlavə vəsait ayırır.

xeberaz.info xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Kiyevə 250 milyon dollar dəyərində silah və texnika tədarük edəcəyini bildirib. Ukraynaya yeni hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün raketlər, artilleriya və HIMARS sistemləri üçün döyüş sursatları, həmçinin üç milyondan çox atıcı silah sursatları və minatəmizləmə avadanlıqları daxil olacaq. Bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pier belə bildirib.

Pentaqon hesab edir ki, ən azı sentyabrın sonuna qədər Ukraynaya hərbi yardım göstərmək üçün kifayət qədər pul olacaq. Bundan sonra ABŞ Müdafiə Nazirliyi yardımın ABŞ Konqresindən yeni təsdiqini axtarmaq niyyətindədir. 2022-ci ilin dekabrında Konqres Ukraynaya 48 milyard dollar yardımı təsdiqləyib.

Avqustun 10-da Co Bayden və Kamala Harrisin administrasiyası ABŞ Konqresindən Kiyev üçün əlavə vəsait istəyib. Bu, Ukraynaya təcili hərbi yardım üçün 13 milyard dollar, Ukrayna və bir sıra digər ölkələrə iqtisadi və təhlükəsizlik yardımı üçün daha 8,5 milyard dollardır.