Nigerə qarşı sanksiyalar yumşaldılacaq.
xeberaz.info xəbər verir ki, Nigeriya ölkə sakinlərinə mənfi təsirini zəiflətmək üçün Nigerə qarşı əvvəllər tətbiq etdiyi sanksiyaları yumşaltmağı planlaşdırır. Bunu Nigeriya prezidentinin ictimaiyyətlə əlaqələr üzrə baş müşaviri Ajuri Nqelale deyib.
O, Nigeriyanın “The Independent” qəzetinə müsahibəsində deyib: Biz Nigerin mülki əhalisinə təsirini minimuma endirmək üçün sanksiyaları mümkün qədər yüngülləşdirəcəyik.
Nigerə qarşı iqtisadi və ticarət sanksiyalarının tətbiqi barədə qərar ECOWAS-ın iyulun 30-da keçirilən sammitində qəbul edilib. Xüsusilə, Nigeriya avqustun 1-dən respublikaya elektrik enerjisinin verilməsini dayandırıb.
Daha əvvəl BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi bildirmişdi ki, Nigerdə 4,3 milyon insanın humanitar yardıma ehtiyacı var, 3,3 milyon nəfər və ya ölkə əhalisinin 10%-dən çoxu ciddi ərzaq çatışmazlığı ilə üzləşib.