Ən son xəbərlər:

30.08.2023/05:31/ Qohumların və dostların iştirakı ilə Sankt-Peterburqdakı Poroxov qəbiristanlığında Priqojinlə vidalaşma mərasimi olub

Qohumların və dostların iştirakı ilə Sankt-Peterburqdakı Poroxov qəbiristanlığında Priqojinlə vidalaşma mərasimi olub.

xeberaz.info xəbər verir ki, TASS-a mənbənin verdiyi məlumata görə, Vaqner PMC-nin təsisçisi Yevgeni Priqojinlə vida mərasimi ailəsi və dostlarının iştirakı ilə Sankt-Peterburqdakı Porohovski qəbiristanlığında baş tutub.

Yevgeni Priqojinlə vidalaşma, qohumların istəyinə uyğun olaraq, yalnız qohumların və dostların iştirakı ilə baş tutub, – mənbə belə bildirib.

Priqojinin mətbuat xidməti mərasimin baş tutduğunu təsdiqləyib. Vidalaşmaq istəyənlər Poroxovskoye qəbiristanlığını ziyarət edə bilərlər, – Telegram kanalında yerləşdirilən mesajda belə deyilir.