Ən son xəbərlər:

23.08.2023/07:03/ Gəncənin İcra Hakimiyyətinin başçısı şəhər ziyalıları ilə görüşüb

Gəncənin  İcra Hakimiyyətinin başçısı  şəhər ziyalıları ilə görüşüb.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir.

xeberaz.info xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu dəfə şəhər ziyalıları ilə görüşüb, onların müraciətlərini dinləyib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərıəri iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, ölkə rəhbərinin Gəncə şəhərinə  olan diqqət və qayğısı nəticəsində şəhərlə abadlıq-quruculuq işləri davam edir. Görülən işlər çərçivəsində şəhərin park və xiyabanlarında olan fəvvarələr əsaslı təmir

edilib və artıq sakinlərin ixtiyarına verilib.

Ziyalılar şəhərdə görülən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərinə öz dərin təşəkkürlərini bildiriblər, həmçinin bir sıra təklif və müraciətlə çıxış ediblər.

Dilə gətirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyətı üzrə tapşırıqlar verilib.

Görüş çay süfrəsi arxasında səmimi söhbət şəraitində davam edib.