Ən son xəbərlər:

22.08.2023/06:35/ Prezident qalmaqallı öpüşə görə üzr istəyib

Prezident qalmaqallı öpüşə görə üzr istəyib.

xeberaz.info xəbər verir ki, İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales dünya çempionatının mükafatlandırma mərasimində qadınlardan ibarət milli komandanın kapitanı Heniver Hermosonun qalmaqallı öpüşünə görə üzr istəyib.

Etiraf etməliyəm ki, səhv etmişəm. Emosiyalar üzərində edilib. Mən üzr istəməliyəm”, – Rubiales Marcanın sözlərini sitat gətirib.

İspaniyanın qadınlardan ibarət yığması dünya çempionatı tarixində ilk dəfə dünya çempionu olub. “Avstraliya” stadionunda keçirilən oyun 1:0 hesabı ilə başa çatıb. İspaniya yığmasında Olqa Karmona fərqlənib.

Daha əvvəl bildirilmişdi ki, Karmona dünya kubokunu qazandıqdan sonra atasının ölümündən xəbər tutub.