Ən son xəbərlər:

14.08.2023/15:45/ Neymarın “Əl-Hilal”a keçməsi üçün yalnız tibbi müayinəsi qalır

Neymarın “Əl-Hilal”a keçməsi üçün yalnız tibbi müayinəsi qalır.

xeberaz.info xəbər verir ki,  Braziliyalının “Əl-Hilal”la 2+1 müqavilə imzalayacağı, PSJ-nin  isə hücumçu üçün 100 milyon avrodan bir qədər az alacağı gözlənilir.

“The Athletic” və “L’Equipe”in yaydığı xəbərə görə, Paris Saint-Germain-in braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməzdən əvvəl tibbi müayinədən keçəcək.

Hücumçu daha əvvəl Səudiyyə klubunun iki mövsümlük müqavilə və illik təxminən 80 milyon avro əmək haqqı ilə təklifini qəbul etmişdi.

Neymarın 31 yaşı var. O, topuğundakı zədə səbəbindən ötən mövsümü buraxıb, bundan sonra əməliyyat olunub. Braziliyalının Qətərdə keçirilən dünya çempionatında da ayağında problem yaranıb və bu səbəbdən qrup mərhələsinin iki oyununu buraxıb.