Ən son xəbərlər:

10.08.2023/18:32/ Mbappe bu mövsümü Paris Saint-Germain-də keçirəcək

Mbappe  bu mövsümü Paris Saint-Germain-də keçirəcək.

xeberaz.info xəbər verir ki, Kilian Mbappe gələcəyi ilə bağlı qərar verib. Fransalı hücumçu 2023/24 mövsümünü Paris Saint-Germain-də keçirəcək.

Kilian Mbappenin Real Madridə keçidi ən azı bir il gecikib. Futbolçu Paris Saint-Germain-də qalmağa qərar verib.

Championship.com saytının məlumatına görə, Kilian Mbappe gələcəyi ilə bağlı son qərarını verib. Fransız futbolçu qarşıdakı mövsümü Paris Saint-Germain-də keçirəcək və müqaviləsinə sona qədər əməl edəcək. Kilian 2024-cü ilin yayında azad agent olacaq.

Mbappe artıq Paris Saint-Germain prezidenti Nasser Al-Khelaifi ilə görüşüb və ona qərar barədə məlumat verib. Beləliklə, parislilərin lideri əsas komandaya qayıda və Fransa çempionatının oyunlarında iştirak edə biləcək.