Ən son xəbərlər:

09.08. 2023/21:22/ 29 yaşlı ingilis futbolçu türk klubuna keçidlə bağlı danışıqlar aparır

29 yaşlı ingilis futbolçu türk klubuna keçidlə bağlı danışıqlar aparır.

xeberaz.info xəbər verir ki, Azad transferdə olan “Liverpul”un və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlenin bu yay “Beşiktaş”a keçəcəyi ehtimalı var. Bu barədə jurnalist Nikolo Şira öz Tvitter səhifəsində yazıb.

Mənbənin məlumatına görə, 29 yaşlı ingilis futbolçu artıq türk klubuna mümkün keçidlə bağlı danışıqlar aparır. Bu gün tərəflər yekun görüş keçirəcək, bundan sonra yekun qərar veriləcək. Oksleyd-Çemberlenə artıq 2025-ci ilin iyun ayının sonuna qədər müqavilə təklif olunub və bunun, əlavə bir il uzadılması mümkündür.

Bundan öncə  “Liverpul” ingilis yarımmüdafiəçi ilə müqaviləni yeniləməyəcəklərini açıqlamışdı, bundan sonra Aleks mövsümün sonunda klubdan ayrılmışdı. Oksleyd-Çemberlen ötən mövsüm bütün yarışlarda 13 oyuna çıxıb və 1 qol vurub.