Gəncədə Aşura günündə könüllü qanvermə aksiyası təşkil olunub.
xeberaz.info xəbər verir ki, Gəncə şəhərində Məhərrəm ayı ilə əlaqədar olaraq Aşura günündə qanvermə aksiyası təşkil olunub.
Səhər sakinləri səhər saatlarından başlayaraq gün ərzində Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşaraq qan veriblər.
Qanvermə zamanı hər bir donorun sağlamlıq imkanları əvvəlcədən həkim-hematoloqlar tərəfindən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.