Məhərrəm ayının gəlişi ilə əlaqədar Gəncənin məscidlərində təmizlik aksiyası həyata keçirilib.
xeberaz.info xəbər verir ki, Müsəlman dünyasının müqəddəs aylarından biri olan Məhərrəm ayının gəlişi ilə əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin məscidlərində genişmiqyaslı təmizlik aksiyası həyata keçirilib.
İbadət evlərinə gələn inanclı insanların rahatlığının təmin olunması məqsədilə şəhərdə fəaliyyət göstərən Şah Abbas, Şahsevənlər, Qazaxlar, Ozan və Qırıxlı məscidlərinin ərazilərində olan alaq otları və kol-kos biçilib, yaşıllıqlara aqrotexniki qulluq edilib, yaşıllıqların suvarılması təmin olunub.
Qeyd etmək lazımdır ki, aksiyaya Gəncə şəhər MKTİB-nin Ərazi Xidmət Sahələrinin və Təmizlik şöbəsinin xeyli sayda əməkdaşı, eləcə də texnikası cəlb olunub.