Ən son xəbərlər:

21.11.2022/20:46/ Azərbaycan tezliklə Talış və Suqovuşan kəndlərinin tikintisinə başlayacaq

Azərbaycanın Tərtər rayonunun Talış və Suqovuşan kəndlərində yaxın vaxtlarda tikinti işlərinə başlanılması planlaşdırılır- bu barədə Azərbaycan prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin müşaviri Şamxal Muxtarov bildirib.

O, həmçinin qeyd edib ki, azad edilmiş ərazilərdə doqquz avtomobil və iki dəmir yolunun tikintisi davam edir, iki SES, yeddi yarımstansiya, iki su anbarı tikilir, 280 km. fiberoptik rabitə çəkilir.

“Xatırladaq ki, Ağdam şəhərinin və bəzi kəndlərin baş planı artıq hazırlanıb. Bu plan çərçivəsində 3 736 yaşayış binasının, dörd məktəbin, iki mərkəzi tibb müəssisəsinin, dörd muzey və parkın tikintisi gözlənilir. Əlbəttə ki, bu rəqəmlər son deyil. Həmçinin qeyd edirəm ki, 2025-ci ilə qədər Kəngərli, Xıdırlı və Sarcalı kəndlərinin də tikintisi planlaşdırılır “, – deyə Muxtarov bildirib.