Ən son xəbərlər:

20.11.2022/22:35/ Prezidentin xüsusi nümayəndəsi: məqsəd 2026-cı ilin sonuna qədər əhalinin Ağdama qayıtmasını təmin etməkdir

Azərbaycan rəhbərliyi 2026-cı ilin sonuna qədər Qarabağ iqtisadi rayonuna daxil olan(Şuşa rayonundan başqa) Ağdamda və onun ətrafında yerləşən kəndlərin  əhalisini geri qaytarmaq məqsədini güdür.

Xüsusi nümayəndə Emin üseynov qeyd edib ki, Ağdam rayonunun baş planı təsdiq edilib və bütün işğaldan azad olmuş rayonlar arasında ilk olaraq ictimaiyyətə təqdim olunub.

“O vaxtdan bəri minaların təmizlənməsi və baza infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb. Avtomobil və dəmir yollarının tikintisi, elektrik xətlərinin çəkilməsi üzrə layihələr başa çatdırılır. Yəni bu layihələrin çoxu gələn ilin əvvəlində başa çatdırılacaq “, – deyə APA Emin Hüseynovdan sitat gətirib. Prezidentin xüsusi nümayəndəsi izah edib ki, eyni zamanda sosial-iqtisadi infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər aparılır, Ağdam Sənaye Parkında iş yerləri yaradılır, xəstəxana və 1 nömrəli məktəbin tikintisi başa çatdırılır, tarixi-mədəni abidələrin bərpası aparılır.

“Bütün bunların məntiqi nəticəsi kimi artıq yaşayış məhəllələrinin layihələndirilməsi həyata keçirilir və gələn ilin ortalarından etibarən yaşayış məhəllələrinin inşasına başlayacağıq. Məqsədimiz dövlət proqramına uyğun olaraq 2026-cı ilin sonuna qədər əhalinin Ağdam şəhərinə və ətraf kəndlərə qayıtmasını təmin etməkdir “, – deyə Emin Hüseynov vurğulayıb.