Ən son xəbərlər:

06.06.2023/10:49/ Mbappe “Mançester Siti”nin Çempionlar Liqasını qazanacağına inanır

Mbappe “Mançester Siti”nin Çempionlar Liqasını qazanacağına inanır.

xeberaz.info xəbər verir ki,  Paris Saint-Germain-in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının finalında “Mançester Siti” – “İnter” matçından gözləntilərini bölüşüb.

“Footmercato” Mbappenin “Çempionlar Liqasının finalı əla olacaq, mən ona baxacağam, düşünürəm ki, “Mançester Siti” qalib gələcək”, – deyə Mbappe bildirib.

Komandalar arasında final oyunu iyunun 10-da İstanbulda, Atatürk Olimpiya Stadionunda keçiriləcək. Başlama Bakı vaxtı ilə saat 23:00-dadır.

Daha əvvəl bildirilib ki, Şimon Marçiniak Çempionlar Liqasının finalının baş hakimi olaraq qalıb.