Ən son xəbərlər:

06.06.2023/10:37/ “Mançester Siti” Real Madridin Haalandı qaçıra biləcəyindən qorxur

“Mançester Siti” Real Madridin Haalandı qaçıra biləcəyindən qorxur.

xeberaz.info xəbər verir ki, “Mançester Siti” hücumçu Erlinq Haalanda yeni müqavilə təklif etməyi planlaşdırır. “The Telegraph” xəbər verir ki, klub rəhbərliyi “Real Madrid” və digər klubların futbolçunu əldə etməsini çətinləşdirmək üçün hücumçu ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Haaland ötən mövsüm Premyer Liqada 35 oyuna çıxıb, 36 qol vurub və 8 məhsuldar ötürmə edib. O, həmçinin “Mançester Siti” ilə Premyer Liqa çempionu olub.

Daha əvvəl Haalandın Premyer Liqada mövsümün ən yaxşı oyunçusu kimi tanındığı bildirilirdi.