Ən son xəbərlər:

06.06.2023/10:12/ ABŞ NATO baş katibi postuna kimin namizədliyini dəstəkləyəcəyinə qərar verməyib

ABŞ NATO  baş katibi postuna kimin namizədliyini dəstəkləyəcəyinə qərar verməyib.

xeberaz.info xəbər verir ki,  ABŞ 2023-cü ilin payızında boş qalan NATO baş katibi postuna kimin namizədliyini dəstəkləyəcəyinə hələ qərar verməyib, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə bildirib.

“NATO-nun növbəti baş katibi haqqında deyəcək heç nəyim yoxdur” – TASS onun sözlərini sitat gətirir.

Kirbi ABŞ lideri Co Baydenin ABŞ-ın kimi dəstəkləyəcəyi ilə bağlı qərar vermədiyini bildirib.

O, Londonun Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin bu vəzifəyə namizədliyi üçün lobbiçilik etməsi məsələsini belə şərh edib.

Qeyd olunur ki, NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin mandatı 2023-cü il sentyabrın 30-dək qüvvədədir.

Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ prezidenti Co Baydeni Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun yeni Baş katibi vəzifəsinə namizədliyini dəstəkləməyə inandırmağa çalışa bilər.

Bundan əvvəl The Telegraph yazıb ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Baydeni Uollesin NATO-nun yeni baş katibi postuna namizədliyini dəstəkləməyə inandırmağa çalışa bilər.