Ən son xəbərlər:

06.06.2023/07:22/ Kubanın baş naziri Rusiyaya gəlir

Kubanın baş naziri Rusiyaya gəlir.

xeberaz.info xəbər verir ki,  Kubanın baş naziri Manuel Marrero Kruz Rusiyaya gəldiyini açıqlayıb. Rəsmi səfər iyunun 6-17-də baş tutacaq.

“Biz ölkələrimiz arasında 1960-cı ildən davamlı olaraq dəstəklənən ikitərəfli əməkdaşlığı genişləndirmək və möhkəmləndirmək məqsədi ilə qardaş Rusiya Federasiyasına rəsmi səfərə gəlmişik”, – deyə cənab Marrero Kruz Twitter səhifəsində yazıb.

Kubanın Rusiyadakı baş naziri iyunun 7-dən 9-dək Soçidə keçiriləcək Aİİ Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək. O, həmçinin Moskvaya səfər etmək və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək niyyətindədir.