Ən son xəbərlər:

06.06.2023/06:29/ Ukraynadan taxıl tədarükünə qoyulan qadağanın müddəti uzadılıb

Ukraynadan taxıl tədarükünə qoyulan qadağanın müddəti uzadılıb.

xeberaz.info xəbər verir ki, Polşanın kənd təsərrüfatı naziri Robert Telyus Avropa Komissiyasının Ukraynadan taxıl tədarükünə qoyulan qadağa müddətinin uzadıldığını bildirib.

“Aİ Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalına qoyulan qadağanı sentyabrın ortalarına qədər uzadıb”, o, Twitter-də belə yazıb.

Bundan əvvəl Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nagy bildirmişdi ki, Mərkəzi Avropa Ukraynadan taxıl idxalına qoyulan qadağanı uzatmaq istəyir.

Mayın əvvəlində Avropa Komissiyası Ukraynadan Şərqi Avropanın beş ölkəsinə: Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya taxıl ixracına iyunun 5-dək qadağa qoyub.